Deputatın bacısı qəzaya düşdü: Yaralılar var
![Deputatın bacısı qəzaya düşdü: Yaralılar var Deputatın bacısı qəzaya düşdü: Yaralılar var](https://azvision.az/photos/qeza_1503039994.jpg)
Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AzVision.az