Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib - 4 nəfər ölüb
![Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib - 4 nəfər ölüb Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib - 4 nəfər ölüb](https://azvision.az/photos/59956e17be31a_it-hucum_1503043033.jpg)
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.
R. İsmayılova qeyd edib ki, uşağın valideynləri vaxtında müraciət edib və vaksin vurulub. “Lakin dişləmə çox təhlükəli yerlərdən - baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. 5 yaşlı uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir. Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır”.
Qeyd edilib ki, son iki il ərzində Azərbaycanda 23500 nəfəri heyvan dişləyib.
Qeyd edək ki, iyulun 31-də Sumqayıtda 5 yaşlı uşağı it dişləyib. Uşağa vaxtında vaksin vurulsa da o, dünən dünyasını dəyişib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi Quduzluq