Bakıda 7 otaqlı ev yanıb

  19 Avqust 2017    Oxunub : 285
Bakıda 7 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 245 m2 olan 7 otaqlı mənzilin 1 otağında 1 ədəd paltaryuyan maşın, 1 ədəd suqızdırıcı və 1 ədəd ütü masası yanıb. Yanğın zamanı yüksək temperaturdan asma tavan 3 m2 sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Bakı   FHN   Yanğın