Xırdalanda orta məktəb qarət olunub

Xırdalanda orta məktəb qarət olunub
  19 Avqust 2017    Oxunub:1931
Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.

AzVision.az


Teqlər: DİN   Xırdalan   Məktəb  





Xəbər lenti