Sumqayıtda meyvə satan qadın döyülüb

  19 Avqust 2017    Oxunub : 354
Sumqayıtda meyvə satan qadın döyülüb

Sumqayıtda meyvə-tərəvəz satan qadın döyülüb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 18-də Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisindəki meyvə-tərəvəz köşklərindən birinə gələn şəhər sakini Həmid Eyyubov köşk sahibəsini döyüb oradan 20 manat pul apararkən həmin ərazidəki Post Patrul Xidməti Taqımının əməkdaşları tərəfindən tutulub.

AzVision.az

Teqlər: DİN   Sumqayıt