Qubada 4 otaqlı ev yanıb

  19 Avqust 2017    Oxunub : 268
Qubada 4 otaqlı ev yanıb

Qubanın Aşağı Atuc kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın   Quba