Bakıda sürücüyə silah çəkən şəxsin kimliyi bilindi - VİDEO

00:24   20 Avqust 2017    Oxunub: 15617
Bakıda sürücüyə silah çəkən şəxsin kimliyi bilindi - VİDEO

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.

Videoda görüntülənən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.

Məlum olub ki, Orucov müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.



AzVision.az

Teqlər: Bakı   Avtobus   Sərnişin    




Rubrikanın digər yazıları