Ağdaşda 6 otaqlı ev yanıb

Ağdaşda 6 otaqlı ev yanıb
  20 Avqust 2017    Oxunub:1679
Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ağdaş rayonu, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə talvar və tövlə yanğından mühafizə olunub.

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti