![](https://azvision.az/photos/neftci-samir_1503391679.jpg)
S.Əsədovun bacısı Samirə Əsədova qardaşının 3 övladının ondan yadigar qaldığını deyib. Onun sözlərinə görə, anaları Samirin yoxluğuna dözə bilməyərək vəfat edib.
“Qardaşımın böyük qızı Simarə bu il yeddinci sinifdə oxuyacaq. İkinci qızı Həcər isə beşinci sinifə gedəcək. Oğlu Cavid hələ balacadır. Onun 4 yaşı var. Biz inanırdıq ki, qardaşım sağ qalacaq. Aylar keçdikcə, ümidimizi itirmişdik. Samirin uşaqları 8 aydır atalarının yolunu gözləyirdilər. Həmişə deyirdilər ki, atamız evə qayıdacaq. Amma ataları sağ qayıtmadı. Onlara atalarının meyitini gətirdilər. Bu, sadəcədə dəhşətdir. Anam Məleykə qardaşımın yoxluğuna, onun dərdinə dözmədi, may ayının 8-də dünyasını dəyişdi”.
Qeyd edək ki, Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır. Onun Həcər (10 yaş), Simarə (11) adlı iki qızı və Cavid adlı 4 yaşlı bir oğlu var.
Hafiz Əhmədov
AzVision.az