Sumqayıtda hər gün azı 2-3 nəfəri it dişləyir
![Sumqayıtda hər gün azı 2-3 nəfəri it dişləyir Sumqayıtda hər gün azı 2-3 nəfəri it dişləyir](https://azvision.az/photos/d94e12e9b1c9508da32c7b6cc49b6a67_1503468647.jpg)
Onun sözlərinə görə, 5 yaşlı Zeynəbin quduzluqdan ölməsindən sonra şəhərdə it dişləməsi halları azalıb: “Vəziyyət narahatedici deyil. Şəhərdəki sahibsiz küçə itləri yığışdırılıb. Düzdür, hələ də küçədə itlərə rast gəlmək olar, lakin bu istiqmaətdə işlər davam etdirilir. Şəhər rəhbərliyi məsələni gündəmdə saxlayır və aidiyyatı qurumlara müraciət edilib”
N.Baxşəliyev bildirib ki, əvvəlki aylarla müqayisədə it dişləməsi ilə bağlı müraciət edənlərin sayı 10 dəfə azalıb.
Qeyd edək ki, iyulun 31-də Sumqayıtda it dişləyən 5 yaşlı Zeynəb Mikayılzadə avqustun 17-də dünyasını dəyişib.
Aytən Zəhra
AzVision.az