Piyadanı vurub qaçan sürücü tutuldu
![Piyadanı vurub qaçan sürücü tutuldu Piyadanı vurub qaçan sürücü tutuldu](https://azvision.az/photos/4267f16e-1eb7-4b4e-b61e-dfe6a286287f_1503560522.jpg)
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Keçirilən tədbirlər nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan Göygöl rayonu, Toğana kənd sakini 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
AzVision.az