Bu gün Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 189 m2 olan bir mərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyalar 64 m2 sahədə və dam örtüyü 110 m2 sahədə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.