Yasamalda avtoxuliqan əməliyyatı
![Yasamalda avtoxuliqan əməliyyatı Yasamalda avtoxuliqan əməliyyatı](https://azvision.az/photos/4267f16e-1eb7-4b4e-b61e-dfe6a286287f_1503565073.jpg)
Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.
Sürücünü görülən tədbir nəticəsində Lökbatan qəsəbəsində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü S.Hənifəyev İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 327.3 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilib.
AzVision.az