Bu gün İsmayıllı rayonu, İsmayıllı kəndində ümumi sahəsi 126 m2 olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 63 m2 sahədə və evə bitişik yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.