Liftdə qalan 4 azyaşlı xilas edilib

Liftdə qalan 4 azyaşlı xilas edilib
  26 Avqust 2017    Oxunub:1085
Paytaxtda liftdə köməksiz vəziyyətdə qalmış 4 azyaşlı xilas olunub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 4 azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və və azyaşlıların çıxmasına şərait yaradıblar.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti