Arvadını ölümlə hədələyən kişini tutuldu

Arvadını ölümlə hədələyən kişini tutuldu
  26 Avqust 2017    Oxunub:1592
Bakıda qadın evində sursat gizlədən ərini polisə verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələdiyini və yaşadıqları evdə sursat saxladığını bildirib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti