FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.