Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, bxış zamanı, avtomobilin salonundakı ön oturacağın içindən 4 ədəd "Samsung J3-2016" markalı mobil telefon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.