Hacıqabulda 5 nəfərdən silah götürülüb

Hacıqabulda 5 nəfərdən silah götürülüb
  28 Avqust 2017    Oxunub:1853
Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Hacıqabul şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məcnun Rzayev və Elbrus Abbasov müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon Polis şöbəsinə təhvil veriblər.

Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abdulabad kənd sakini Ağasadıq İsgəndərovdan müvafiq sənədləri olmayan “TOZ-M-18” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

Digər əməliyyat tədbirləri ilə Abdulabad kənd sakinləri Murad İbrahimovdan və Sübhan Ağayevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

AzVision.az



Teqlər: DİN   Hacıqabul  





Xəbər lenti