Bakıda məktəbdən oğurluq edən şəxs tutulub
![Bakıda məktəbdən oğurluq edən şəxs tutulub Bakıda məktəbdən oğurluq edən şəxs tutulub](https://azvision.az/photos/6-1_1506409906.jpg)
Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyənləşib. O, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin ifadəsi zamanı A. Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutlaı, eləcə də digər əşyaları satdığını bildirib.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az