Biləsuvar şəhər sakini İradə Poladova qadınları aldadaraq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
AzVision.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunan İradə Poladova qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.