Ölkəmizdə hələ də sovet mənşəli küçələr var - VİDEO
![Ölkəmizdə hələ də sovet mənşəli küçələr var - VİDEO Ölkəmizdə hələ də sovet mənşəli küçələr var - VİDEO](https://azvision.az/photos/kuce-adi_1506456608.jpg)
“Oktyabrın 70 illiyi” küçəsinin sakinləri deyirlər ki, yalnız onların küçəsi belə adlanmır. Qəsəbədə bir neçə sovet mənşəli adları daşıyan küçələr var. Məsələn, “Oktyabrın 50 illiyi”, “Suvorov” küçəsi və sairə.
Yerli sakinlərin iddialarını Qaradağ Rayon İcra Hakimiyyəti də təsdiqləyib. Qurumdan bildiriblər ki, hətta Qobustan ərazisində də belə küçə adları var.
Bütün bu sovet mənşəli küçə adları ilə bağlı təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yalnız müvafiq təsdiq qərarından sonra bu adlar dəyişdiriləcək. (Xəzər TV)
AzVision.az
Teqlər: Qobustan Sənqəçal Küçə