Nazirlik xəbərdarlıq edir - Leysan olacaq, qar yağacaq
![Nazirlik xəbərdarlıq edir - Leysan olacaq, qar yağacaq Nazirlik xəbərdarlıq edir - Leysan olacaq, qar yağacaq](https://azvision.az/photos/yagish55_1506575793.jpg)
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
AzVision.az