Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan İsmayıl Dərvişin və Kamil Seyidovun ətraflarında Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən il noyabrın 7-də Ağdaş magistral qaz kəmərləri sahəsinə məxsus transformatorun hissələrini, habelə sentyabrın 5-də Yevlax rayonundakı qəbiristanlıqdakı qəbirlərdən birinin kənarına çəkilmiş alüminiumdan hazırlanmış bəzək əşyalarını sökərək oğurlamaları da müəyyən edilib.
AzVision.az