![](https://azvision.az/photos/15069385435481215953_1000x669_1506939177.jpg)
Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycan Respublikasına atla iki ədəd 220 litrlik çəlləyə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkarlanaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.
![](https://azvision.az/photos/150693854326439506_1000x669_1506939159.jpg)
Sentyabrın 25-də Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar. Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
![](https://azvision.az/photos/15069385431567337216_1000x669_1506939188.jpg)
![](https://azvision.az/photos/15069385434365438104_1000x669_1506939196.jpg)
![](https://azvision.az/photos/15069385433132155094_1000x669_1506939206.jpg)
![](https://azvision.az/photos/150693854336009227_1000x669_1506939215.jpg)
AzVision.az