Reyd zamanı saxlanılan şəxslər buraxılıb
![Reyd zamanı saxlanılan şəxslər buraxılıb Reyd zamanı saxlanılan şəxslər buraxılıb](https://azvision.az/photos/bash-prokurorluq_1507010719.jpg)
Məlumata əsasən, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfər inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib.
Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilib, zöhrəvi xəstəlik aşkar edilməyən 24 nəfər inzibati həbsdən azad edilib.
Tutulmuş şəxslərdən heç biri hazırda həbsdə deyil.
Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə QİÇS, 6 nəfərdə HİV, 16 nəfədə -da sifilis, 2 nəfərdə kəskin uretrit, candida albikas və trixomonias, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır", - deyə məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: DİN Baş-Prokurorluq