4 azərbaycanlı Ukraynada yanaraq ölüb - Faciə qurbanlarının adları
![4 azərbaycanlı Ukraynada yanaraq ölüb - Faciə qurbanlarının adları 4 azərbaycanlı Ukraynada yanaraq ölüb - Faciə qurbanlarının adları](https://azvision.az/photos/8u90-(1)_1507053413.jpg)
Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
Qeyd edək ki, ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı bütün sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün bütün tədarük görülüb.
AzVision.az
Teqlər: Ukrayna