Güclü yağış rayonlarda fəsadlar törədib

Güclü yağış rayonlarda fəsadlar törədib
  05 Oktyabr 2017    Oxunub:1523
Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti