Bakıda yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Vüqar Babayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Boqdan” markalı avtomobili idarə edən - Bakı şəhər sakini Vahid Vəliyev saxlanılıb. Araşdırma aparılır.