Lənkəranda tank əleyhinə mina tapılıb
![Lənkəranda tank əleyhinə mina tapılıb Lənkəranda tank əleyhinə mina tapılıb](https://azvision.az/photos/mina_bomb_080414_1507213964.jpg)
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, daşınması mümkün olduğuna görə götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
AzVision.az