FHN yağışın fəsadlarını aradan qaldırır

FHN yağışın fəsadlarını aradan qaldırır
  06 Oktyabr 2017    Oxunub:2346
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri və Abşeron rayonu ərazisində intensiv yağan yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlərin görülməsini oktyabrın 5-də davam etdirib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası Bakının Binəqədi rayonunda müxtəlif ünvanlarda suçəkmə işlərinə cəlb olunub. Eyni zamanda, həyətyanı sahənin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalan bir nəfər xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti