Fövqəladə Hallar Nazirliyi Astara, Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərinin görülməsini davam etdirir.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ötən sutka ərzində Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub.