Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - VİDEO
![Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - VİDEO Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - VİDEO](https://azvision.az/photos/59d786eceb158_peruda_1507311044.jpg)
Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.
Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun "20-ci sahə" və "Bayıl yamacı" adlandırılan əraziləridir.
Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.
Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun "20-ci sahə" və "Bayıl yamacı" faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.
AzVision.az
Teqlər: