Bakıda oğrunu tutan polis bıçaqlanıb
![Bakıda oğrunu tutan polis bıçaqlanıb Bakıda oğrunu tutan polis bıçaqlanıb](https://azvision.az/photos/16426548_813409925465980_1601730042_n_1507368115.jpg)
Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.
İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyənləşib.
Faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndərilib.
AzVision.az
Teqlər: DİN