Ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

Ağac kəsən şəxsin işi prokurorluğa göndərilib
  09 Oktyabr 2017    Oxunub:1361
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaq doldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti