Zaqatalada evə basqın edilib
![Zaqatalada evə basqın edilib Zaqatalada evə basqın edilib](https://azvision.az/photos/5921af42371dd6ce15d353dc73c1a85b_1507296435_1507544687.jpg)
Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Vasif Məmmədvəliyev, Beyləqan rayon sakini Elməddin Abbasov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Etimad Xankişiyev tutulublar.
Araşdırmalarla Vasif Məmmədəliyevin və Elməddin Abbasovun daha bir cinayət əməli üzə çıxıb. Belə ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il iyunun 6-da rayon ərazisindəki daha bir evdən pul və qızıl əşyalar oğurlamaları müəyyən edilib.
AzVision.az