AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlanıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşının pulunu və əşyalarını oğurlamış digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub. Araşdırma aparılır.