“Super Gün” - artıq IMAX-da!

“Super Gün” - artıq IMAX-da!
  10 Oktyabr 2017    Oxunub:1978
Park Cinema kinoteatrlar şəbəkəsində “IMAX-da Super Gün” aksiyasına start verilir.
AzVision.az xəbər verir ki, bu məlumatı kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib.

Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü “Super Gün” elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək artıq əlçatandır.

“Kino sevərlər IMAX formatında film izlərkən real həyatdan tamamən ayrılır və kinonu hiss edir. Belə ki, 40% daha artıq görüntü verən geniş ekran və mükəmməl səs effektləri sayəsində tamamən kinoya qərq olmaq mümkündür. IMAX fərqini görmək və hiss etmək istəyən kinomalar hər çərşənbə günü qonağımız ola bilərlər. Çünki, məhşur rejissor Kristofer Nolan demiş, “IMAX – kinotexnologiyanın qızıl standartıdır, dünyada buna bənzər heçnə yoxdur”, deyə Musa Axundov bildirib.

Qeyd edək ki, ölkəmizdə yeganə IMAX formatında zal Park Cinema kinoteatrlar şəbəkəsinə məxsusdur və Bakının yeni simvolu sayılan Alov Qüllələri kompleksində yerləşir. Burada kinosevərlər IMAX formatında əlavə, həmçinin, 2D və 3D filmləri də sərfəli qiymətə izləyə bilərlər. İzləyicilərin rahatlığı üçün Alov qüllələri kompleksində yerləşən otelin avtomobil dayanacağında maşın saxlamaq tamamən ödənişsizdir. Bundan əlavə, kinoteatra “Elmlər Akademiyası” metro stansiyasından 3 və 18 nömrəli avtobuslar da hərəkət edir. Ünvan: Mehdi Hüseyn keçəsi 1A, əlaqə telefonu isə 012 598 7414.

“IMAX-da Super Gün” aksiyası haqqında daha ətraflı parkcinema.az saytında oxuya bilərsiniz: https://azvision.az/redirect.php?url=http://parkcinema.az/campaigns/view/19

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Park-Cinema  





Xəbər lenti