
Araşdırma zamanı at kəsiminin ev sahibəsi ilə onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə aparmaları müəyyən edilib. Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində aşkar edilən ümumi çəkisi 100 kq olan at ətinin müayinələri başa çatana kimi müvəqqəti soyuducu kameraya yerləşdirilib. Həyətdə aşkarlanan 2 baş atın mədəd-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər və at dırnaqları isə ərazidən zərərsizləşdirilmək məqsədi ilə götürülüb.

Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu barədə akt yazılaraq inzibati protokol tərtib edilib. Bu, son zamanlar ev sahibinin oğulu ilə birlikdə həyata keçirdikləri 2-ci belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində qeyri-qanuni at kəsimi ilə məşğul olduğuna görə ona xəbərdarlıq olunaraq, İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunub. Lakin o və onun oğlu bundan heç bir nəticə çıxarmayıblar. Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
AzVision.az