Şamaxıda 10-cu sinif şagirdi intihar edib

Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib. Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
AzVision.az