Binəqədinin həll olunmayan tıxac problemi - FOTOLAR

  19 Oktyabr 2017    Oxunub : 1010
Binəqədinin həll olunmayan tıxac problemi - FOTOLAR

Binəqədi sakinlərinin ən böyük problemlərindən biri yoldur. Xüsusən də yağış yağandan sonra qəsəbə yolları keçilməz olur.

Dağılmış, kələ-kötür yollarla hər gün işə gəlib-gedən sakinlər saatlarla tıxacda gözləməli olurlar. İroniyalı şəkildə desək, Azərbaycanın hansısa rayonuna getmək Binəqədidən Mehdiabada getməkdən daha rahatdır. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, tıxac və yol problemi həll olunmamış qalır.

Təqdim etdiyimiz fotolar bu gün Binəqədi-Mehdiabad yolunda lentə alınıb.











AzVision.az

Teqlər: Binəqədi