İranlı tələbəni öldürənlərin başqa cinayəti üzə çıxdı

  19 Oktyabr 2017    Oxunub : 746
İranlı tələbəni öldürənlərin başqa cinayəti üzə çıxdı

Qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə tutulan şəxslərin daha bir cinayət əməli törətdikləri müəyyən edilib

AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə tutulan Natiq Babaverdiyevin, Ceyhun Talıblının, Pərvin Əliməmmədovun, Zahid Dünyamalıyevin və Yunus Camallının ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi, Sumqayıt ŞPİ və Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 14-də Kürdəmir rayonu ərazisindəki evlərdən birinə girib ev sahibinin və onun arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 2000 manat və 350 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaları da müəyyən edilib.

AzVision.az

Teqlər: DİN