“CinemaPlus"-da film premyerası keçirilib – Treyler

“CinemaPlus"-da film premyerası keçirilib – Treyler
  21 Oktyabr 2017    Oxunub:4355
Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da oktyabrın 129-u "Cinemazadeh" studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin premyerası baş tutub.
Bu barədə “CinemaPlus"-dan AzVision.az-a daxil olan məlumatda bildirilir.

Tədbirdə şou biznes ulduzlar, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, media-şəxslər, çoxsaylı KİV nümayəndələri iştirak etmişdilər. Onlar arasında - xalq artistləri, teatr və kino aktyorlar və başqaları.
Premyera öncəsi, filmin yaradıcı kollektivi çoxsaylı qonaqların və jurnalistlər mühasirəsində qırmızı xalça üzərinə keçmişdilər. Daha sonra tədbirin səhnəsində çıxış edən filmin rejissoru Zaur Mirzazadə bütün yaradıcı kolllektivə minnətdarlığını bildirmişdir. Həmçinin qonaqları "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktoru Zaur Darabzadə, "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktor müavini və "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə salamlamışdılar.

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran işi Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.

Film haqqında qısa məlumat: Tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.



İnformasiya dəstəyi ATV televiziyası.

Tədbirin təşkilində dəstək olmuşdurlar: Cinema Distribution, Buddha-bar, Hillside-dan premium çaxırlar, Red Bull, TNT kuryer xidməti , 106 FM radiosu və NewLine.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər: CinemaPlus  





Xəbər lenti