Güzəştli mənzillərin tikintisi nə yerdədir? - VİDEO

Güzəştli mənzillərin tikintisi nə yerdədir? - VİDEO
  22 Oktyabr 2017    Oxunub:2230
İlk güzəştli mənzillərin inşa edildiyi Yasamal yaşayış kompleksindəki binaların sayı sürətlə artır.
AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bəzi binalarda fasad işlərinə başlanılıb və pəncərələri taxılır.

Ərazidə 960 yerlik məktəbin də tikintisi başa çatıdırılıb və hazırda həmin binaya mühəndis kommunikasiya xətləri çəkilir. Digər binalarda da işlər sürətlə davam etdirilir. Ərazidə inşa edilən güzəştli mənzillərin sayı isə 1843 dür.

Güzəştli mənzilləri almaq üçün müraciət edən və bütün göstəriciləri uyğun olan vətəndaşların sayı isə 6500-dən çoxdur.

Satışın dəqiq olaraq hansı tarixdə həyata keçirləcəyi və mənzillərin kvadratmetrə görə qiyməti hələlik bilinmir. Şərtlərlə razılaşan və ilk müraciət edən şəxslər evə sahib ola biləcək. Satış barədə məlumatlar 1 ay əvvəl açıqlanacaq.

Qeyd edək ki, satış mərhələlərlə həyata keçiriləcək.



AzVision.az


Teqlər: Mənzil  





Xəbər lenti