"BakuBus" ötən ili 55 milyon ziyanla başa vurub

  23 Oktyabr 2017    Oxunub : 1332
"BakuBus" ötən ili 55 milyon ziyanla başa vurub

“Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib.

AzVision.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat olub.

Şirkətin cəmi kapitalı isə 0,85% artaraq 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib.

“Baku Bus”ın yığılmış ümumi zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlət şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Xatırladaq ki, "BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.

AzVision.az

Teqlər: BakuBus   Hesabat