Azərbaycanda 1543 uşaq şəkər xəstəliyinə tutulub
"Onlardan 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Respublika üzrə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Təbii ki, Azərbaycanda rəsmi qeydiyyata düşməyən, eləcə də bu xəstəliyə tutulmalarından xəbəri olmayan xəstələr var".
N.İsmayılova qeyd edib ki, xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır: "Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır. Dünyada belə xəstələrin 90 faizi II tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranma müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir.
Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, "fasd-food" qidalarından istifadədir".
Həkim bildirib ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəz xəstəliyi ilə bağlıdır. Belə xəstələrin sayı getdikcə artır. Bu daha çox qadınlarda, əsasən də hamiləlik dövründə müşahidə olunur.
Piylənmə də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir.
Aytən Zəhra
AzVision.az