Milli Məclis 19 layihəni qəbul edib

Milli Məclis 19 layihəni qəbul edib
  31 Oktyabr 2017    Oxunub:1701
Milli Məclisin bu gün keçirilən plenar iclasında 19 məsələ bir paketdə müzakirəyə çıxarılaraq qəbul olunub.
AzVision.az xəbər verir ki, bunlar Əmək Məcəlləsi, “Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə" və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi ilə bağlı layihələrdir.

Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti