Binəqədi şosesində hərəkət bərpa olunur

Binəqədi şosesində hərəkət bərpa olunur
  23 Noyabr 2017    Oxunub:1380
Binəqədi şossesində bu gecədən etibarən hərəkət bərpa olunur.
AzVision.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: “Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək”.

AzVision.az


Teqlər: Yol   Binəqədi  





Xəbər lenti