Amerika millisinin 7 üzvünə təcavüz edilib

Amerika millisinin 7 üzvünə təcavüz edilib
  23 Noyabr 2017    Oxunub:1426
ABŞ-ın Gimnastika üzrə milli komandasının keçmiş həkimi Larri Nassar 7 qadın idmançıya qarşı cinsi təcavüz etdiyini etiraf edib.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cinsi təcavüzə məruz qalan qızlarından üçünün yaşı 13-dən azdır.

ABŞ-ın Miçiqan ştatında keçirilən məhkəmə prosesində 54 yaşlı Nassar etiraf edib ki, o, 1998-2015- ci illərdə 7 qadın idmançıya müalicə prosesində təcavüz edib. Bu əməlinə görə, onu 25 ildən 40 ilə qədər həbs cəzası gözləyir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Amerika  





Xəbər lenti