Misirdəki qətliamı İŞİD törədib

Misirdəki qətliamı İŞİD törədib
  25 Noyabr 2017    Oxunub:1642
Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.
Bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb. Bilirilib ki, terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar.

Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

Xatırladaq ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.

AzVision.az


Teqlər: Misir   İŞİD   Terror  





Xəbər lenti